2013-10-25
Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetində III Bakı Beynəlxalq Humanitar Forumla bağlı məqalə dərc edilmişdir
Cari ilin 31 oktyabr - 01 noyabr tarixlərində Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumla bağlı Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetində həmin qəzetin redaktor müavini Məhəmməd Sələmənin məqaləsi dərc edilmişdir. 
 
Məhəmməd Sələmə 31 oktyabr - 01 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakıda keçiriləcək III Bakı Beynəlxalq Humanitar Forumla bağlı məlumat vermiş, iqtisadiyyat, siyasət və mətbuat sahələrində nobel mükafatı laureatlarının, elm xadimlərinin və digər mütəxəssislərin iştirakınının gözlənildiyini diqqətə çatdırmışdır. 
 
Məqalənin müəllifi III Bakı Beynəlxalq Humanitar Forumun siyasi, iqtisadi və humanitar sahələrdə mövcud problemlərin müzakirəsi və həlli üçün böyük əhəmiyyət daşıdığını qeyd etmiş, eyni zamanda sözügedən Forumun XXI əsrin qlobal problemlərini, cəmiyyətin inkişafında texnologiyanın rolunu və sosial-iqtisadi durumun yaxşılaşdırılmasını, elm və təhsilin daim diqqət mərkəzində olmasının vacibliyini, biologiya və digər sahələrdə əldə edilən nailiyyətləri, qlobalizasiya dövründə mətbuatın aparıcı rol oynamasını əhatə edəcəyini, dünya xalqlarının siyasi, iqtisadi və ictimai sahələrdə üzləşdiyi problemləri və onların həlli məsələlərinə toxunacağını vurğulamışdır.  
növbəti xəbər əvvəlki xəbər