2013-10-14
Nazir Elmar Məmmədyarov Braziliyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etmişdir
Cari ilin 14 oktyabr tarixində nazir Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Santyaqo Alsazarı qəbul etmişdir.
 
Nazir Elmar Məmmədyarov Santyaqo Alsazarı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır.
 
Görüşdə son illər iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunmuş və mövcud əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılmışdır.
 
Braziliyalı səfir diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminlik ifadə etmişdir. 
 
 
növbəti xəbər əvvəlki xəbər