2013-10-10
Nazir Elmar Məmmədyarov Pakistan nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 10 oktyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan Senatının üzvü, Senatın müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə Pakistan nümayəndə heyəti başçısı ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı heç bir problemlə qarşılaşmadıqlarını, yaradılmış şərait və bütünlüklə prosesdən razı qaldıqlarını diqqətə çatdırmışdır. 
 
Görüşdə zamanı Azərbaycan ilə Pakistan arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunmuşdur.
 
Həmçinin nazir Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycanın BMT TŞ-də sədrliyi dövründə fəaliyyəti haqqında  məlumat vermişdir.

 

növbəti xəbər əvvəlki xəbər