2013-10-10
Nazir Elmar Məmmədyarov GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini qəbul etmişdir
Cari ilin 10 oktyabr tarixində nazir Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini qəbul etmişdir.  
 
Görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmış, həmçinin təşkilata üzv ölkələr arasında koordinasiya edilmiş fəaliyyətin əhəmiyyəti vurğulanmışdır.
 
Valeri Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə qurduğu əməkdaşlıq haqqında məlumat vermişdir. 

Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi və məsləhətləşmələr aparılmışdır.   

növbəti xəbər əvvəlki xəbər