2013-10-08
Nazir Elmar Məmmədyarov Çexiya milli müşahidə missiyasının nümayəndələrini qəbul etmişdir
Cari ilin 8 oktyabr tarixində nazir Elmar Məmmədyarov Çexiya milli müşahidə missiyasının nümayəndələrini qəbul etmişdir.
 
Görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycanın son on ildə əldə etdiyi nailiyyətləri və siyasi-iqtisadi inkişafı haqqında məlumat verərək, prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını vurğulamışdır.     
 
Çexiya nümayəndə heyətinin üzvləri seçki məntəqələrində olduqlarını və seçkilərin təşkili ilə yaxından tanış olduqlarını bildirmişlər.

Görüş zamanı Çexiya ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər