2013-10-08
Nazir Elmar Məmmədyarov MDB müşahidə missiyasının rəhbəri və MDB-nin İcraiyyə komitəsinin sədri və icraçı katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 8 oktyabr tarixində nazir Elmar Məmmədyarov MDB müşahidə missiyasının rəhbəri və MDB-nin İcraiyyə komitəsinin sədri və icraçı katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüş əsnasında Serqey Lebedev MDB-nin 276 müşahidəçi ilə seçkiləri izləyəcəyi barəsində məlumat verərək, Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmış və MDB müşahidə missiyasının bütün Azərbaycan ərazisi boyunca seçkiləri müşahidə edəcəyini bildirmişdir.
 
Serqey Lebedev seçki məntəqələrinin tam şəkildə seçkilərə hazır olduğunu qeyd edərək, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını vurğulamışdır.
 
Nazir Elmar Məmmədyarov ümumiyyətlə seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirmişdir.
 

Görüş əsnasında MDB-nin bu ilin oktyabrında Minskdə keçiriləcək Zirvə toplantısı və MDB ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.  

növbəti xəbər əvvəlki xəbər