2013-10-07
Nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Sovet Yəhudiləri üzrə Milli Komitənin üzvlərini qəbul etmişdir
Cari ilin 7 oktyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Sovet Yəhudiləri üzrə Milli Komitənin üzvlərini qəbul etmişdir. 
 
Nazir Elmar Məmmədyarov qonaqlara ölkəmiz haqqında, o cümlədən müstəqillik əldə etdikdən sonra əldə edilən əsas uğurlar, beynəlxalq təşkilatlar və dövlətlərlə qurulmuş əməkdaşlıq və Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat vermişdir.  
 
Sovet Yəhudiləri üzrə Milli Komitənin prezidenti Smukler Aleksander və İcraçı direktor Levin Mark Azərbaycanın tolerant ölkə kimi dünyada tanındığını, Yəhudi icması ilə səmərəli əməkdaşlıq qurulduğunu yüksək qiymətləndirdiklərini diqqətə çatdırmışdır. 
 
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı durumuna toxunan Elmar Məmmədyarov təhlükəsizlik və enerji sahəsində əldə edilən uğurlar və regionda birgə həyata keçirilən layihələrdən söz açmışdır. 
 
Nazir Elmar Məmmədyarov, həmçinin Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlər, Yaxın Şərq regionuna etdiyi son səfəri və keçirdiyi görüşlər barədə məlumat vermişdir. 

Görüşün sonunda nazir qonaqların suallarını cavablandırmışdır.   

 

növbəti xəbər əvvəlki xəbər