2013-04-18
Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin Əsasnaməsi imzalanmışdır
Cari ilin 15 aprel tarixində Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin iclası keçirilmiş və cəmiyyətin Əsasnaməsi imzalanmışdır. 
 
İclasda cəmiyyətin sədri, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının Baş katibi Andriya Karafilipoviç, Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyev və cəmiyyətin üzvləri iştirak etmişlər. 
 
Cəmiyyətin sədri Stepan Mesiç Xorvatiya ilə Azərbaycan arasında səmimi əlaqələrin qurulduğunu və bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd etmiş və Dostluq Cəmiyyətinin bu istiqamətdə fəal rol oynayacağına əminlik ifadə etmişdir. 
 
Səfir Kamil Xasiyev Azərbaycanla Xorvatiya arasında əlaqələrin son zamanlar surətlə inkişaf etdiyini, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10-12 mart tarixlərində həyata keçirdiyi səfərinin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini xüsusi qeyd etmişdir. 
 
Xorvatiya Dostluq Cəmiyyətləri İttifaqının Baş katibi Andriya Karafilipoviç Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəsmi dövlət qeydiyyatına alındığını bildirmiş, cəmiyyət tərəfindən görülmüş işlər və planlaşdırılan tədbirlər barədə danışmışdır. 
növbəti xəbər əvvəlki xəbər