2013-04-18
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Yaxın Şərq regionuna səfər edəcəkdir

Cari ilin 21-23 aprel tarixində nazir Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Yaxın Şərq regionuna səfər edəcəkdir. Səfər çərçivəsində Fələstin və İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan tərəfi Fələstin və İsrail ilə Yaxın Şərq sülh prosesi ətrafında müzakirələr aparılacaq, həmçinin, ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi, ticarət, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olacaqdır. 
 
növbəti xəbər əvvəlki xəbər