2013-04-16
Nazir Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş səfiri Karlos Dante Rivanı qəbul etmişdir

Cari ilin 16 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş səfiri Karlos Dante Rivanı qəbul etmişdir. 

Nazir Elmar Məmmədyarov Argentinalı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və onun fəaliyyətinin ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir. Xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu vurğulamış və bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd etmişdir. 
 
Argentinanın səfiri Karlos Dante Riva ölkəsinin Azərbaycanla münasibətlərə mühüm önəm verdiyini qeyd edərək, ölkəmizdə səfir kimi fəaliyyəti ərzində ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylər göstərəcəyini vurğulamışdır. 
 
 
növbəti xəbər əvvəlki xəbər