2012-12-29
Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir təşkil olunmuşdur
Cari ilin 28 dekabr tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi tərəfindən 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Bern şəhərində tədbir təşkil olunmuşdur. 
 
Tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, elmi fəaliyyət ilə məşğul olan ziyalılar və Azərbaycanla yaxın təmasda olan İsveçrə vətəndaşları iştirak etmişlər.
 
Tədbirin giriş sözü ilə açan səfir Əkrəm Zeynallı Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu tarixin mahiyyəti və məqsədi haqda danışmış, xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanı beynəlxalq ictimaiyyət arasında tanıdılması və təbliğ edilməsində müstəsna rolu, ölkə hökumətinin bu istiqamətdə Azərbaycan diasporuna verdiyi dəstək, habelə ölkəmizin son illərdə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər