2012-12-28
Azərbaycanın Litvadakı səfirliyi Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd etmişdir

Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyindən verilmiş məlumata əsasən, səfirliyimiz Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd etmişdir. Tədbirdə Litvanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız, Litva Seymində Azərbaycanla dostluq qrupunun üzvləri olan millət vəkilləri və tələbə-gənclər iştirak etmiş, geniş konsert proqramı təşkil edilmişdir. Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə soydaşlarımızı təbrik etmiş, diaspor qurumlarını daha fəal olmağa, adət və ənənlərimizi qoruyub saxlamağa, Litva cəmiyyətində daha layiqli təmsil olunmaları üçün fəaliyyət göstərməyə çağırmışdır.

Tədbirdə eyni zamanda,  Litvada təhsil alan azərbaycanlı tələbələri, eləcə də bu ölkədə yaşayan gənc soydaşlarımızı özündə birləşdirən Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) təqdimat mərasimi təşkil edilmişdir. Təqdimat mərasimində, AYOL-un üzvləri olan gənclərimiz, soydaşlarımız, əməkdaşlıq etdiyi qurumların fəalları, Litva ali təhsil ocaqlarının nümayəndələri, Litva Seymində Azərbaycanla dostluq qrupunun üzvləri, millət vəkilləri iştirak etmişlər. Səfir Həsən Məmmədzadə öz çıxışında AYOL-un yaranması və uğurlu fəaliyyət göstərməsi ilə əlaqədar təbrik etmiş, Azərbaycan və Litva arasında dostluq münasibətlərinə gənclər təşkilatlarının da öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirmişdir. Sonra, Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri millət vəkili Yuras Pojela çıxış etmiş, öz təbriklərini çatdırmışdır.

Bayram şənliyi və təqdimetmə mərasimi ziyafət və konsert proqramı ilə davam etdirilmişdir. 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər