2012-12-28
Azərbaycanın Litvadakı səfirliyi Litva turizminin 20 illiyinə həsr olunmuş ilin yekun təqdimatında iştirak etmişdir

Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyindən verilmiş məlumata əsasən, səfirlik Litva turizminin 20 illiyinə həsr olunmuş ilin yekun təqdimatında iştirak etmişdir.

Tədbir Baltikyanı dövlətlərdə yayımlanan Baltik Televiziyası ilə canlı yayımlanmış və təqdimatda turizm sahəsində fəaliyyət göstərən ən yaxşı yerli və xarici qurumlar mükafatlandırılmışdır. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin tədbir iştirakçılarına video müraciəti səslənmiş, Azərbaycan və Litva arasında təşəkkül tapmış dostluq əlaqələrinin hər bir sahəni, həmçinin turizm sektorunun da əhatə edildiyi xüsusilə vurğulanmışdır. 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər