2012-12-21
Çexiyanın Ostrava şəhərində “Azərbaycan-Odlar Yurdu” adlı sərginin açılış mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyindən verilən məlumata əsasən, cari ilin 18 dekabr tarixində bu ölkənin Ostrava şəhərində “Azərbaycan-Odlar Yurdu” adlı sərginin açılış mərasimi keçirilmişdir. 
 
Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, səfir Tahir Tağızadə, Ostrava şəhər merinin müavini Simona Piperkova, Ostrava muzeyinin direktoru Yirjina Kabrtova və digər rəsmi şəxslər iştirak etmişlər.
 
Sərgidə Azərbaycan mədəniyyəti, dövlətçiliyi və tarixi, əldə etdiyi uğurlar və nailiyyətlər, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımını əks etdirən eksponatlar nümayiş etdirilmiş və tədbir iştirakçılarına sərgi haqqında ətraflı məlumat verilmişdir. 
 
Qeyd edək ki, səfərin və tədbirin təşkilatçılığı Çexiya Parlamentinin Deputatlar Palatasının üzvü, Xarici əlaqələr komitəsinin sədr müavini, Çexiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü Katrjina Koneçna tərəfindən həyata keçirilmişdir.   
 
    
  
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər