2012-12-21
Nazir Elmar Məmmədyarov Türkiyə Xarici İşlər Nazirinin müavini Fatih Ceylanı qəbul etmişdir
Cari ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Xarici İşlər Nazirinin müavini Fatih Ceylanı qəbul etmişdir.
 
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı durumu, müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları və regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılmışdır. 
 
Tərəflər həmçinin, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə etmiş və münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini qeyd etmişlər.  

 

 

növbəti xəbər əvvəlki xəbər