2012-12-21
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Respublikası Seyminin Xarici əlaqələr komitəsinin sədri ilə görüşmüşdür
Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyindən verilmiş məlumata əsasən bu ölkədəki səfir Həsən Məmmədzadə Litva Respublikası Seyminin (parlamentin) Xarici əlaqələr komitəsinin sədri Benediktas Yuodka ilə görüşmüşdür. 
 
Görüş zamanı, Azərbaycan və Litva parlamentləri arasında əlaqələrin hazırkı durumu, regional və beynəlxalq təşkilatlarda, xüsusilə Avropa Şurası Parlament Assambleyasinda hər iki ölkənin nümayəndələri arasında əməkdaşlıq, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələlər müzakirə olunmuşdur. 
 
Görüşdə həmçinin, Azərbaycanla Litva arasında əməkdaşlığın daha da genişləndirilməsi və əlaqələrin koordinasiya edilməsi barədə razılığa gəlinmişdir.
 
Qeyd edək ki, bundan əvvəlki Seymdə Azərbaycanla dostluq qrupunun üzvlərinin sayı 21 olduğu halda, hazırda bu rəqəm 47 nəfərə çatmışdır. Dostluq qrupunun sədri hakim partiya olan Litva sosial-demokrat partiyasının fəal üzvü Yuras Pojela, müavini isə Litva xristian demokrat partiyasından Mantas Adomenasdır. 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər