2012-12-21
“Toronto Star” qəzetində “Saşar Zərif və Alim Qasımov Səmai-rastı Torontoya gətirirlər” başlıqlı məqalə dərc edilmişdir
Azərbaycan Respublikasının Kanadadakı səfirliyinə istinadən bildiririk ki, cari ilin 19 dekabr tarixində Kanadada nəşr olunan “Toronto Star” qəzetində “Saşar Zərif və Alim Qasımov Səmai-rastı Torontoya gətirirlər” başlıqlı məqalə dərc edilmişdir.
 
Məqalədə Toronto şəhərində fəaliyyət göstərən “Saşar Zərif Rəqs Teatrı”nın rəhbəri Saşar Zərifin təşəbbüsü ilə cari ilin 21 dekabr tarixində Torontoda keçiriləcək məşhur muğam ustadı Alim Qasımovun konserti barədə məlumat verilir. 
 
Həmçinin, məqalədə Saşar Zərifin Azərbaycan mədəniyyəti və incəsənəti ilə mövcud olan sıx bağlılığından bəhs edilir. Bununla yanaşı, məqalənin müəllifi dünya şöhrətli muğam ustadı Alim Qasımov haqqında da məlumat verir.

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər