2012-12-20
Azərbaycan YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin vitse-prezidenti seçilmişdir
Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilmiş məlumata əsasən, cari ilin 20 dekabr tarixində YUNESKO-nun Parisdə yerləşən Baş Qərargahında təşkilatın silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin yeddinci sessiyası keçirilmişdir.
 
Sessiyada Komitənin Bürosuna yeni üzvlərin, Komitə Prezidentinin, üç Vitse-Prezidentin və Məruzəçi vəzifələrinə seçkilər keçirilmişdir.
 
Komitənin Sədri vəzifəsinə Belçika, vitse-prezidentlər isə Azərbaycan, Xorvatiya və Salvador seçilmişlər. Xorvatiya eyni zamanda məruzəçi də seçilmişdir. Azərbaycanın YUNESKO-nun bu vacib Komitəsinə vitse-prezident seçilməsi, silahlı münaqişələr zamanı, eləcə də işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərində ölkəmizin göstərdiyi səylərin nəticəsidir.

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər