2012-12-19
Azərbaycanın İsveçrədəki səfıri Əkrəm Zeynallı bu ölkənin Bern Universitetinin nəzdində fəaliyyət göstərən “İsveçrənin Şərqi Avropa” kitabxanasının elmi rəhbəri, fəlsəfə elmləri doktoru xanım Eva Maurer ilə görüş keçirmişdir
Cari ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfıri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Bern Universitetinin nəzdində fəaliyyət göstərən “İsveçrənin Şərqi Avropa” kitabxanasında olmuş və kitabxananın elmi rəhbəri, fəlsəfə elmləri doktoru xanım Eva Maurer ilə görüş keçirmişdir.
 
Görüş çərçivəsində Səfirlik ilə “İsveçrənin Şərqi Avropa” kitabxanası arasında öncədən əldə edilmiş razılığa əsasən Azərbaycan barədə müxtəlif mövzulu çoxsaylı sayda kitab sözügedən kitabxanaya hədiyyə olaraq təqdim edilmişdir.
 
“İsveçrənin Şərqi Avropa” kitabxanasının rəhbəri Səfırlik tərəfindən onlara hədiyyə edilmiş kitabları yüksək dəyərləndirərək, onların isveçrəli oxucular üçün əhəmiyyətindən söhbət açmışdır. 
 
Qeyd edirik ki, “İsveçrənin Şərqi Avropa” kitabxanası Şərqi Avropa ilə yanaşı Cənubi Qafqaz və Orta Asiya ilə bağlı elmi araşdırmalar aparan tədqiqatçılar, akademik dairələrin nümayəndələri, tələbələr və ümumiyyətlə sıravi isveçrəlilər üçün əsas mənbələrdən biri hesab olunur.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər