2012-12-17
Uruqvay Futbol Assosiasiyanın təşkilatçılığı ilə 18 qadın futbol klubu arasında “Qızıl Kubok - Azərbaycan Çempionatı 2012” adlı çempionat keçirilmişdir
Uruqvay Futbol Assosiasiyanın təşkilatçılığı ilə 18 qadın futbol klubu arasında “Qızıl Kubok - Azərbaycan Çempionatı 2012” adlı çempionat keçirilmişdir. 
 
Cari ilin sentyabrda start götürmüş çempionatın final oyunu 15 dekabr tarixində paytaxt Montevideonun Çarrua stadionunda Cerre və Wandereres klubları arasında keçirilmiş və Cerre klubunun qələbəsi ilə başa çatmışdır. 
 
Turnirin qaliblərinin mükafatlandırılması mərasimində Azərbaycan Respublikasının Argentinada, eyni zamanda Uruqvayda akkreditə olunmuş Səfirliyinin əməkdaşları da iştirak etmişdir.
 
Mərasimdə çıxış edən Uruqvay Futbol Asossiasiyasında Qadın Futbolu Şurasının prezidenti Nair Ackermann Bochard çempionatın “Qızıl Kubok - Azərbaycan Çempionatı 2012” adlandırılmasının səbəbini Uruqvayın qadınlardan ibarət futbol komandasının ilk dəfə iştirak etdiyi 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin məhz Azərbaycanda keçirilməsi ilə bağlı olduğunu demişdir.
 
O həmçinin, Uruqvay milli komandasının Azərbaycandan böyük təəssüratlarla geri döndüyü və nümayəndə heyətinə göstərilmiş yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. 
 
Azərbaycanlı diplomatlar Səfirlik adından çempionatın “Qızıl Kubok - Azərbaycan Çempionatı 2012” adlandırılmasına görə təşkilatçılara təşəkkürünü bildirmiş, yarış iştirakçılarını, qaliblərini təbrik etmiş və qalib komandaya çempionatın kubokunu təqdim etmişdir.
 
Çempionatın gedişi haqqında ətraflı məlumatlar mütəmadi olaraq Uruqvay Futbol Assosiasiyasının rəsmi internet saytında yerləşdirilmişdir: http://auf.org.uy/Portal/NEWS/   
 
 
 
  
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər