2012-12-17
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan – Avropa İttifaqı Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə səfər edəcəkdir
Cari ilin 17 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan – Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə səfər edəcəkdir.
 
Səfər çərçivəsində Aİ Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Füle, Kipr Respublikasının Xarici İşlər Naziri Erato Kozaku-Markulis ilə görüşlərin keçirilməsi, həmçinin, Azərbaycan – Aİ arasındakı münasibətlərin bütün aspektləri, o cümlədən siyasi, iqtisadi və humanitar məsələlər haqda müzakirələrin aparılması nəzərdə tutulmuşdur.

 

növbəti xəbər əvvəlki xəbər