2012-12-16
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında iştirak edəcəkdir
Cari ilin 15 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə səfər edəcəkdir.
 
İclasda Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyətinin, QDİƏT – Avropa İttifaqı əməkdaşlığının, QDİƏT-də müşahidəçi statusunun uzadılması üçün müraciətlərin, QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyətinin, “QDİƏT-in İqtisadi Gündəliyi: artan tərəfdaşlığa doğru” sənədindən irəli gələn tədbirlərin nəzərdən keçirilməsi və Təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

növbəti xəbər əvvəlki xəbər