2012-12-14
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə səfər edəcəkdir
Cari ilin 15 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə səfər edəcəkdir.
 
İclasda Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyətinin, QDİƏT – Avropa İttifaqı əməkdaşlığının, QDİƏT-də müşahidəçi statusunun uzadılması üçün müraciətlərin, QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyətinin, “QDİƏT-in İqtisadi Gündəliyi: artan tərəfdaşlığa doğru” sənədindən irəli gələn tədbirlərin nəzərdən keçirilməsi və Təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

 

növbəti xəbər əvvəlki xəbər