2012-12-14
Braziliyanın aparıcı qəzeti olan “Correio Braziliense”nin son buraxılışında jurnalist Rebekka Ramosun “Azərbaycanın ləziz mətbəxi” adlı məqaləsi dərc olunmuşdur
Braziliyanın aparıcı qəzeti olan “Correio Braziliense”nin son buraxılışında jurnalist Rebekka Ramosun “Azərbaycanın ləziz mətbəxi” adlı məqaləsi dərc olunmuşdur.
 
Müəllif məqaləsində Azərbaycanın zəngin mədəniyyətindən, coğrafiyasından söz açmış, ölkəmizin tarixi İpək Yolu üzərində yerləşdiyi haqqında məlumat vermişdir.
 
Məqalədə  həmçinin, Azərbaycan mətbəxinin müxtəlifliyi və özünəməxsusluğu qeyd edilmiş və milli yeməklərin hazırlanması reseptləri haqqında ətraflı təlimatlar verilmişdir. 
 
Məqalədə eyni zamanda Azərbaycan çayı, onun hazırlanmasında və istehlakında istifadə edilən samovar, armudu stəkanı, müxtəlif dağ otları, mürəbbə növləri və şirniyyatlar haqqında bəhs olunmuşdur. 

 

növbəti xəbər əvvəlki xəbər