2012-12-13
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Gürcüstanın Baş naziri Bidzina İvanişvili tərəfindən qəbul edilmişdir

Cari ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn Gürcüstanın Baş naziri Bidzina İvanişvili tərəfindən qəbul edilmişdir.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunmuşdur. Səfir Azər Hüseyn həmçinin, Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə tərəfindən Bidzina İvanişviliyə ünvanlanmış dəvət məktubunu qarşı tərəfə təqdim etmişdir. 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər