2012-12-13
Azərbaycanın Meksikadakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir
Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.
 
Mərasim iştirakçıları, o cümlədən Meksikada yaşayan Azərbaycan və türk icmalarının üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Mexiko şəhərində ucaldılan abidəsini ziyarət etmiş, abidənin önünə əklil və güllər qoymuş, mərhumun ruhuna dualar oxumuşlar.
 
Bundan sonra anma mərasimi Səfirlikdə davam etdirilmiş, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılmışdır. 
 
  
 
 
 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər