2012-12-13
Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Thurqau kantonuna işgüzar səfər etmişdir
Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Thurqau kantonuna işgüzar səfər etmişdir.
 
Səfər çərçivəsində Səfir Əkrəm Zeynallının Kantonun Baş naziri xanım Monika Knill-Kradolfer ilə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilmiş, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilmişdir.
 
Görüş çərçivəsində Thurqau kantonu ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmış, Thurqau kantonunda Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə müxtəlif tədbirlərin keçirilməsi haqda ilkin razılıq əldə edilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər