2012-12-13
Azərbaycanın Maldivdəkı səfiri İbrahim Hacıyev etimadnaməsini Maldiv Respublikasının Prezidenti Mohamed Vahidə təqdim etmişdir
Cari ilin 10 dekabr tarixində Azərbaycan Respublikasının Maldiv Respublikasınadakı səfiri İbrahim Hacıyev etimadnaməsini Maldiv Respublikasının Prezidenti Mohamed Vahidə təqdim etmişdir.
 
Səfir İbrahim Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Prezident Mohamed Vahidə çatdırmışdır.
 
Prezident Mohamed Vahid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salam və xoş arzularını çatdırmağı xahiş etmişdir. Həmçinin, Maldiv Prezidenti Azərbaycan Prezidentinin ölkəsinə səfər etməsi arzusunu bildirmiş və bununla yanaşı özünün də Azərbaycana səfər etmək, beynəlxalq tədbirlər çərçivəsində Prezident İlham Əliyevlə görüşmək niyyətini ifadə etmişdir. Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı və beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilmişdir.
 
Görüş zamanı Səfir İbrahim Hacıyev Maldiv Prezidentinə Ermənistan Azərbaycan münaqişəsi haqda ətraflı məlumat vermiş və münaqişənin regionda davamlı stabilliyin təmin olunmasında başlıca maneə kimi göstərmişdir.
 
Cari ilin 10 dekabr tarixində səfir İbrahim Hacıyev həmçinin, Maldiv Respublikasının Xarici İşlər Naziri Abdul Samad Abdullahla görüşmüş, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişdir.
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər