2012-12-13
Azərbaycanın Litvadakı Səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyi tərəfindən Vilnüs şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Mərasimdə Litvanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, Litva Azərbaycanlı Gənclər Təşkilatının üzvləri, diaspor nümayəndələri iştirak etmişdir.

Səfir Həsən Məmmədzadə çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən danışmış, müasir Azərbaycan dövlətinin qurucusunun əvəzsiz xidmətlərindən bəhs etmişdir. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə çıxış edən Dağlıq Qarabağ Azərbaycanlı İcmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov, Ukrayna Azərbaycanlı Gənclər İttifaqının sədri Anar Tahirov öz çıxışlarında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən minnətdarlıqla danışmışlar.  

  

növbəti xəbər əvvəlki xəbər