2012-12-11
Nazir Elmar Məmmədyarov Rumıniyanın ölkəmizdəki Səfiri Daniel Çiobanunu qəbul etmişdir
Cari ilin 11 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Rumıniya Respublikasının ölkəmizdəki Səfiri Daniel Kristian Çiobanunu qəbul etmişdir.
 
Görüşdə Nazir Elmar Məmmədyarov Rumıniya diplomatiyasının 150 illiyi ilə əlaqədar Rumıniya Xarici İşlər Nazirliyi tərəfindən təsis edilmiş Fəxri Fərmanla təltif edilmişdir. Sözügedən Fəxri Fərman beynəlxalq münasibətlər sahəsində ümumdünya dəyərlərinin təşviqində göstərilən xidmətlərə görə verilir.
 
Həmçinin, görüşdə iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunmuş və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
 
 

növbəti xəbər əvvəlki xəbər