2012-12-11
Azərbaycanın Sudanda akkreditə olunmuş Səfiri Şahin Abdullayev Sudan parlamentinin spikeri Əhməd İbrahim Əl-Tahir ilə görüşmüşdür
Azərbaycan Respublikasının Sudan Respublikasında akkreditə olunmuş Səfiri Şahin Abdullayev Sudan parlamentinin spikeri Əhməd İbrahim Əl-Tahir ilə görüşmüşdür.
 
Əhməd Əl-Tahir BMT, İslam əməkdaşlıq təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində Sudanla Azərbaycan arasında əməkdaşlıqdan məmnunluq duyduğunu diqqətə çatdırmış və ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd etmişdir. 
 
Səfir Şahin Abdullayev Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında Sudan parlamentinin sədrinə ətraflı məlumat vermiş və Sudanın tutduğu ədalətli mövqeyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.
 
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin fəal rol oynadığını qeyd edən Səfir Ş. Abdullayev hər iki ölkənin qanunverici orqanları arasında dostluq qruplarının yarıdılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurğulamışdır.
 
Əhməd Əl-Tahir görüşdə Səfir tərəfindən qaldırılan məsələlərlə razılaşdığını və adıçəkilən məsələlərin həyata keçirilməsinə hazır olduqlarını diqqətə çatdırmışdır.
 
 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər