2012-12-07
Nazir Elmar Məmmədyarov İrlandiya Respublikasına səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir
Cari ilin 7 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İrlandiya Respublikasına səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir.
 
Gürcüstan Respublikasının Xarici İşlər Naziri xanım Maya Pancikidze ilə görüşdə ikitərəfli münasibətlər, regional layihələr, o cümlədən dünyada baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi aparılmışdır.
 
Tailand Krallığının Xarici İşlər Naziri Suraponq Toviçakçaykul ilə görüş zamanı iki ölkə arasında mövcud münasibətlər müzakirə olunmuş və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanmışdır.
 
İtaliya Respublikasının Xarici İşlər Nazirinin müavini xanım Marta Dassun ilə görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətləri, regional enerji layihələri, bu sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
 
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Ketrin Eşton ilə görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq,  beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.    
 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər