2012-12-07
Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfiri Mir-Həmzə Efendiyev Kraliça Ülya-Həzrət Beatriksə öz etimadnaməsini təqdim etmişdir
Cari ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfiri Mir-Həmzə Efendiyev Kraliça Ülya-Həzrət Beatriksə öz etimadnaməsini təqdim etmişdir.
 
Təntənəli mərasim Kraliça Sarayında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamışdır. 
 
Səmimi və dostluq şəraitində keçən görüş zamanı Kraliça Azərbaycanın dinamik inkişafından məlumatlı olduğunu bildirmiş və ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayaraq, öz salamlarının və ən xoş arzularının Azərbaycan Respublikası Prezidentinə çatdırılmasını xahiş etmişdir.
 
Səfir Mir-Həmzə Efendiyev öz növbəsində Azərbaycan Respublikası Prezidentinin salamlarını Kraliçaya çatdıraraq, son zamanlar həyata keçirilmiş yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd etmişdir. Səfir ikitərəfli münasibətlərdə əldə olunmuş yüksək nailiyyətləri qeyd edərək, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da inkişafı üçün yüksək potensialın olduğunu bildirmişdir.

 

növbəti xəbər əvvəlki xəbər