2012-12-07
Nazir Elmar Məmmədyarov İrlandiya Respublikasına səfəri çərçivəsində ATƏT-in Parlament Assambleyasının Prezidenti Rikardo Milliori ilə görüşmüşdür
Cari ilin 6 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov İrlandiya Respublikasına səfəri çərçivəsində ATƏT-in Parlament Assambleyasının (PA) Prezidenti Rikardo Milliori ilə görüşmüşdür.
 
Görüş zamanı Rikardo Milliori ATƏT PA-nın fəaliyyəti barədə məlumat vermiş və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə əməkdaşlıqdan məmnunluq ifadə etmişdir. Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı R. Milliori Minsk Qrupuna üzv dövlətlərin nümayəndələrinin görüşünün təşkilini təklif etmişdir.
 
Nazir Elmar Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı danışıqların hazırkı durumu barədə məlumat vermiş və münaqişənin həlli üçün Minsk Qrupuna üzv dövlətlərin səylərinin artırılmasının səmərəli olacağını bildirmişdir.
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər