2012-12-06
Litvanın Vilnüs şəhərinin mərkəzi Ratuşasında 10-cu yubiley Beynəlxalq milad xeyriyyə yarmarkası keçirilmişdir

 

 

Litvanın Vilnüs şəhərinin mərkəzi Ratuşasında 10-cu yubiley Beynəlxalq milad xeyriyyə yarmarkası keçirilmişdir. Tədbirdə Litvada akkreditə olunan diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar iştirak etmişdir. Xeyriyyə tədbiri Litvanın sabiq Prezidenti Valdas Adamkusun himayəsi altında Vilnüs Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən təşkil edilmişdir. 

Azərbaycan üçün ayrılan stenddə ölkəmizin mətbəx nümunələri və milli suvenirlər nümayiş olunmuşdur. Prezident Valdas Adamkus Azərbaycan stendinə baş çəkmişdir. Səfir Həsən Məmmədzadə ilə söhbət edən Valdas Adamkus, bu cür xeyriyyə tədbirində Azərbaycanın yüksək səviyyədə iştirakından dolayı məmnuniyyətini ifadə etmişdir.

Tədbirdən əldə olunan vəsait ölkəmizin Səfirliyi tərəfindən təşkilatçılara ödənilmişdir. Toplanan ümumi vəsait Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına veriləcəkdir.

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər