2012-12-05
Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlətlərin Xarici İşlər Nazirlərinin görüşündə 2014-cü ildən sonra Əfqanıstanda ISAF əməliyyatının əvəzinə yeni NATO missiyası yaradılacağı haqda qərar qəbul olunmuşdur
Brüssel şəhərində keçirilən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin Xarici İşlər Nazirlərinin görüşündə 2014-cü ildən sonra Əfqanıstanda ISAF əməliyyatının əvəzinə yeni NATO missiyası yaradılacağı haqda qərar qəbul olunmuşdur. Yeni missiyanın əsas vəzifələri təlim, məsləhət və yardımdan ibarət olacaqdır. 
 
NATO-nun etibarlı və sadiq tərəfdaşı olaraq, habelə ISAF əməliyyatına verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq, NATO tərəfindən Azərbaycan bu Missiyada potensial əməliyyat tərəfdaşı kimi qəbul edilmişdir. Bundan sonra, Azərbaycan yeni missiyanın planlama prosesində iştirak edəcəkdir.  
 
Hazırkı mərhələdə Azərbaycandan başqa yalnız 7 tərəfdaş dövlət – Avstraliya, Gürcüstan, Yeni Zelandiya, Ukrayna, Finlandiya, İsveç və Monteneqro potensial əməliyyat tərəfdaşı kimi qəbul edilmişdir. 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər