2012-12-05
Nazir Elmar Məmmədyarov Böyük Britaniyanın Xarici İşlər Naziri Vilyam Heyq ilə görüşmüşdür
Cari ilin 5 dekabr tarixində Brüssel şəhərində səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin Xarici İşlər Nazirlərinin görüşündə iştirak etmişdir. 
 
Görüşdə əsas müzakirə olunan məsələlər sırasına ISAF əməliyyatının hazırkı durumu və 2014-cü ildən sonrakı dövrdə Əfqan qüvvələrinin maliyyə təminatı daxil olmuşdur. 
 
Tədbirdə iştirakı çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Xarici İşlər Naziri Vilyam Heyq ilə görüşmüşdür. 
 
Görüş zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Həmçinin, BMT TŞ çərçivəsində həyata keçirilən ikitərəfli əməkdaşlıqdan mənunluq ifadə olunmuş və TŞ-nın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
Böyük Britaniya Xarici İşlən Naziri Azərbaycanla NATO arasında aparılan tərəfdaşlığı yüksək qiymətləndirmiş və Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatına dəstəyinə görə təşəkkür etmişdir. 
 
Görüşdə həmçinin, Azərbaycan-Aİ arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.  

 

növbəti xəbər əvvəlki xəbər