2012-12-05
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfıri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Aarqau Kantonuna işgüzar səfər etmişdir
Cari ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfıri Əkrəm Zeynallı İsveçrə Konfederasiyasının Aarqau Kantonuna işgüzar səfər etmişdir.
 
Səfər çərçivəsində Səfir Ə. Zeynallının Kantonun Baş Naziri xanım Suzanne Hoxuli ilə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilmiş, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilmişdir.
 
Görüş çərçivəsində Aarqu Kantonu ilə iqtisadi, humanitar və mədəni sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılmış, Aarqau Kantonunda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdir.
 
Aarqau Kantonuna səfəri çərçivəsində Səfır Ə. Zeynallı həmçinin, Kanton Parlamentinin iclasında fəxri qonaq qismində iştirak etmiş və Parlament Sədri tərəfindən salamlanmışdır.
 
Səfərin yekunu olaraq, Kantonun Baş Naziri xanım Suzanne Hoxuli adından Azərbaycan Respublikasının Səfırinin şərəfinə Kantonun “Liebegg” qəsrində ziyafət verilmişdir.
 

 

növbəti xəbər əvvəlki xəbər