2012-12-04
Nazir Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti NATO-nun Əfqanıstandakı sülhyaratma əməliyyatlarına töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərində işgüzar səfərdə olacaqdır
Cari ilin 4-5 dekabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti NATO-nun Əfqanıstandakı sülhyaratma əməliyyatlarına (İSAF) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərində işgüzar səfərdə olacaqdır. 
 

Səfər çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarovun İSAF-a töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışı və səfər müddətində bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.  

növbəti xəbər əvvəlki xəbər