2012-12-04
Nazir müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın ÜTT prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək üçün Cenevrəyə səfər edəcəkdir
Cari ilin 3-7 dekabr tarixlərində  Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın ÜTT prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək üçün Cenevrəyə səfər edəcəkdir.      
 
Səfər çərçivəsində ABŞ, Avropa İttifaqı, Kanada, Norveç ilə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqların aparılması, eləcə də ÜTT-ə hazırlıq üzrə İşçi Qrupunun 10-cu iclasının keçirilməsi nəzərdə tutulmuşdur.  
 
Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək məsələləri və ölkəmizin ticarət sistemi mövzuları ətrafında müzakirələr aparılacaqdır. 

 

növbəti xəbər əvvəlki xəbər