2012-12-03
Nazir Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul etmişdir
Cari ilin 3 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Argentina Respublikasının ölkəmizə yeni təyin olunmuş müvəqqəti işlər vəkili Alberto Xose Alonsonu qəbul etmişdir.
 
Görüşdə Azərbaycanla Argentina arasında münasibətlərin inkişafından razılıq ifadə edilmiş, müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğu vurğulanmışdır. 
 
Nazir Elmar Məmmədyarov tərəflər arasında son dövrlər həyata keçirilən qarşılıqlı səfərlərin Azərbaycanla Argentina arasındakı əlaqələrə yüksək töhfə verdiyini qeyd etmişdir. 
 
Alberto Xose Alonso ölkəmizə təyin olunmasından məmnun olduğunu bildirmiş, ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafında maraqlı olduğunu və öz növbəsində iki ölkə arasında əməkdaşlığın inkişafı uçun səylə çalışacağını diqqətə çatdırmışdır.
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər