2012-11-27
Nazir Elmar Məmmədyarov AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul etmişdir
Cari ilin 27 noyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexi qəbul etmişdir.
 
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılmış və münaqişənin həll olunmamış qalmasının regionun gələcəyinə ciddi maneə törətdiyi bildirilmişdir. 
 
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın danışıqlar prosesindən yayındığını həmməruzəçilərin diqqətinə çatdırmışdır. 
 
Həmməruzəçilər Azərbaycanın narahatçılığını başa düşdüklərini və Dağlıq Qarabağ məsələsinin onların hazırlayacağı hesabata daxil ediləcəyini qeyd etmişlər. 
 
Nazir Elmar Məmmədyarov Xocalı hava limanının fəaliyyətinin və uçuşların qeyri-qanuni olduğunu bildirmiş və bunun sülh prosesinə zərbə vurduğunu xüsusi vurğulamışdır. 

 

növbəti xəbər əvvəlki xəbər