2012-11-27
Nazir Elmar Məmmədyarov Pakistan Milli Assambleyasının deputatı Fəzlül Rəhmanı qəbul etmişdir
Cari ilin 27 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Parlamentinin aşağı palatası - Milli Assambleyanın deputatı Fəzlül Rəhmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə iki ölkə parlamentləri arasında əməkdaşlıq və bu əməkdaşlığın ölkələrimiz arasında münasibətlərə verdiyi töhfədən söz açılmışdır.
 
Nazir Elmar Məmmədyarov pakistanlı rəsmiyə ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını tanınmasına görə minnətdarlıq bildirmiş və bu addımın ədalətli olduğunu vurğulamışdır. Həmçinin, Nazir Elmar Məmmədyarov Azərbaycanın Pakistanı dəstəkləməkdə davam edəcəyini söyləmişdir.
 
Görüşdə dünyada islamofobiya meylləri ilə bağlı narahatçılıq ifadə olunmuş və ondan dünya müsəlmanlarına qarşı irəli gələn yanaşmanın qəbuledilməzliyi qeyd edilmişdir. Müsəlman ölkələri arasında dialoqun artırılması və həmrəyliyin vacibliyi vurğulanmışdır.
 
İki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyi qeyd olunmuşdur.
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər