2012-11-26
Nazir Elmar Məmmədyarov QDİƏT-in Baş katibini qəbul etmişdir
Cari ilin 26 noyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Viktor Tvirkunun rəhbərik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Xarici İşlər Naziri Elmar Məmmədyarov nümayəndə heyətini ölkəmizdə salamlamış və Azərbaycan və QDİƏT arasında əməkdaşlığın mövcud səviyyəsindən məmunluğunu ifadə etmişdir. 
 
Görüşdə regional və beynəlxalq məsələlər, təşkilatın səmərəliliyinin daha da artırılması və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılmış, bu çərçivədə regional əhəmiyyətli enerji və nəqliyyat layihələrinin rolu qeyd edilmişdir. 
 
Xarici İşlər Naziri Elmar Məmmədyarov təşkilata üzv ölkələr arasında bir sır sahələrdə, xüsusilə enerji, ətraf mühitinin mühafizəsi, informasiya-kommunikasiya texnologiyaları və mədəni irsin qorunması üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.
 

növbəti xəbər əvvəlki xəbər