2012-11-23
Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü çərçivəsində Yaponiyanın Qunma prefekturasındakı Qızlar Universitetində ölkəmizlə bağlı təqdimat təşkil edilmişdir
Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 20-ci ildönümü çərçivəsində Yaponiyanın Qunma prefekturasındakı Qızlar Universitetində ölkəmizlə bağlı təqdimat təşkil edilmişdir.   
 
Qızlar Universitetinin professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə professor Yoşi Kobayaşi və ölkəmizin Yaponiyadakı Səfiri Gürsel İsmayılzadə çıxış etmişdir. 
 
Səfir Azərbaycanın coğrafi mövqeyi, tarixi, təbiəti, əhalisi, iqtisadiyyatı barədə ətraflı məlumat vermiş, dövlətin uğurlu enerji siyasətindən və qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlardan söz açmışdır. 
 
Təqdimatda həmçinin, ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini, rəqslərini, xalçalarını və turizm imkanlarını əks etdirən videofilm də nümayiş etdirilmişdir. 
 
Səfir Gürsel İsmayılzadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ərazilərimizin 20 %-nin ermənilər tərəfindən işğal olunması və bunun nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və bu işğalın mənfi nəticələrinin hələ də aradan qaldırılmaması barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir. 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər