2012-11-21
Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 13-cü iclasında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəkdir
Cari ilin 22-23 noyabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Komitəsinin 13-cü iclasında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəkdir. 
 
Səfər çərçivəsində Avropa İttifaqının Genişlənmə üzrə Komissarı Stefan Füle, Belçika Xarici İşlər Nazirliyi, Avropa Komissiyasının nümayəndələri və digər şəxslər ilə görüşləri nəzərdə tutulmuşdur. 
 
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin siyasi, iqtisadi və humanitar aspektləri üzrə müzakirələrin aparılacağı nəzərdə tutulmuşdur.    

 

növbəti xəbər əvvəlki xəbər