2012-11-19
Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında yeni təyin olunmuş Səfiri Əkrəm Zeynallı etimadnaməsini Lixtenşteynin Vəliəhd Şahzadəsi Əlahəzrət Aloisə təqdim etmişdir
Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında yeni təyin olunmuş Səfiri Əkrəm Zeynallı etimadnaməsini Lixtenşteynin Vəliəhd Şahzadəsi Əlahəzrət Aloisə təqdim etmişdir. 
 
Etimadnamənin təqdim edilməsi mərasimi çərçivəsində Əkrəm Zeynallının Lixtenşteynin Vəliəhd Şahzadəsi ilə apardığı söhbət zamanı Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lixtenşteynin Hakim Şahzadəsi Əlahəzrət II Hans-Adam və bu ölkənin Vəliəhd şahzadəsinə ünvanladığı salamlarını qarşı tərəfin diqqətinə çatdırmışdır. Əlahəzrət Alois göndərilən salamlara görə təşəkkürünü bildirmiş və öz xoş arzularının cənab İlham Əliyevə çatdırılmasını Səfirdən xahiş etmişdir. 
 
Görüşdə həmçinin, Azərbaycanla Lixtenşteyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmış və hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.   

 

növbəti xəbər əvvəlki xəbər