2012-11-19
Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasının sonunda Cibuti Bəyannaməsi qəbul edilmişdir
Cari ilin 15-17 noyabr tarixlərində Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasının  sonunda Cibuti Bəyannaməsi qəbul edilmişdir.
 
Bəyannamədə üzv ölkələrin Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi əks olunmuşdur. Bəyannamədə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilir.
 
Həmçinin, konfrans zamanı siyasi qətnamələr arasında Ermənistanın Azərbaycana qarşı təcavüzü, iqtisadi qətnamələr arasında Azərbaycana iqtisadi yardımın göstərilməsi, mədəni-ictimai qətnamələr arasında isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarında İslam tarixi və mədəniyyətinə aid abidələrin dağıdılması və təhqir edilməsi ilə bağlı qətnamələr qəbul edilmişdir.
 

 

növbəti xəbər əvvəlki xəbər