2012-11-19
Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Uruqvay Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin etiraz
Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Uruqvay Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin etiraz notasına cavab vermişdir.
 
Notada Uruqvay Xarici İşlər Nazirliyi uruqvaylı parlamentarların Dağlıq Qarabağa səfəri ilə əlaqədar bildirir ki, Uruqvayın beynəlxalq fəaliyyəti dövlətlərin suverenliyi, ərazi bütövlüyü, xalqların azad şəkildə öz müqəddəratını təyin etməsi, daxili işlərə qarışmama, münaqişələrin sülh yolu ilə həlli və beynəlxalq hüquqa tam hörmət kimi möhkəm və ənənəvi prinsip və dəyərlərə və bizim ölkəmizin də təsisçi üzvü olduğu Birləşmiş Millətlər Təşkilatının təməlində dayanan digər fundamental prinsiplərə əsaslanır.
 
Həmçinin, notada bildirilir ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunması da Uruqvay dövlətinin qətiyyət və əminliklə müdafiə etdiyi Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əsas prinsiplərindən biridir. Bu xüsusda, Uruqvay Ermənistan Respublikası ilə dərin və ənənəvi təmaslara və Azərbaycan Respublikası ilə səmimi və konstruktiv dostluq münasibətlərinə malikdir. Bu səbəbdən, Uruqvay hökumətinin ən böyük istəyi Uruqvaya dost olan bu iki dövlət arasında mövcud ziddiyətlərin müvafiq xalqların və hökumətlərin birgə yaşayışı və əməkdaşlığını qoruyacaq dialoq, anlaşma və digər sülhpərvər yollarla həllinə səy göstərməkdən başqa heç nə ola bilməz ki, bu da, şübhəsiz ki, bütün regionun gələcək çiçəklənməsi və rifahında öz əksini tapacaqdır. 
 
Uruqvayın heç bir davranışı və ya mövqeyi bu çərçivədən kənar şəkildə təfsir edilməməlidir və qeyd olunanlardan fərqli məqsəd və niyyətlər daşımasından isə söhbət belə gedə bilməz.  

 

növbəti xəbər əvvəlki xəbər