2012-11-19
Nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşmüşdür
Nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliyinin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən üçüncü Sir Bani Yas Forumunda iştirakı çərçivəsində bu ölkənin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşmüşdür.
 
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barədə müzakirələr və beynəlxalq gündəmdə duran aktual məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
 
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış “Diplomatik pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi haqqında Saziş”ə əlavələr edilməsi məqsədi ilə nota mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.
 
Görüşün sonunda Şeyx Abdulla bin Zahid Əl-Nəhyan Nazir Elmar Məmmədyarovu rəsmi səfərə dəvət etmişdir.
 

növbəti xəbər əvvəlki xəbər